<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Mənim sadiq Dostum var - çox qiymətli ,
 Məni qaynar bir sevgiylə sevir.
 Əsla ayrılmaram İsa Məsihdən,
 Hər yerdə birgəyik biz.

[C1]
   Bəzən yorğun, qəmgin olsam da,
   Əlimdən tutub O, qüvvət verir.
   Öz parlaq nuruyla mənim yoluma
   İşıq saçıb yanımla gedir.

[V2]
 Ürəyimin hər gizli sirrini
 Dua edib deyərəm Rəbbimə.
 Cavab gələr mənə daim Göylərdən -
 Belə danışırıq biz.

[C2]
   Ondan başqa Xilaskarım yox,
   Ondan başqa ümid yerim yox,
   Ondan başqa vəd verənim yox,
   Odur Rəbbim, Allahım.

[V3]
 Mənim sevgim Onun sevgisinə
 Heç vaxt çata bilməz, bunu bilirəm.
 Mən Rəbbimlə yaşaram sevgiylə,
 Hər zaman birgəyik biz

[C3]
   Qürbətdə olan həyatım bitər,
   Cənnətdə başlayar sevincli günlər.
   Rəbbimi üz-üzə gözlərim görər,
   Birlikdə yaşarıq biz.</lyrics>
<title>Mənim sadiq Dostum var - çox qiymətli İL241</title>
<hymn_number>241</hymn_number>
</song>